Bərdə sakinləri narkotiklə saxlandılar

Bərdə sakinlərində narkotik aşkarlandı.

Gununsesi.info xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə rayon sakinləri Pərviz Bədirov, Sərdar Talıbov, Vüsal Məmmədov və qardaşı Pərviz Məmmədov saxlanılıblar.

HTML tutorial

Şəxsi axtarış zamanı onlardan müxtəlif çəkidə heroin və marixuana aşkar olunub.

Davam etdirilən tədbirlərlə Pərviz Məmmədovun yaşadığı evə baxış zamanı oradan da heroin və qanunsuz saxladığı TOZ-16 markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

 

 

Gununsesi.info