Dani Alveşə 4,5 il həbs cəzası verildi

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş məhkəmə qarşısına çıxarılıb.

Gununsesi.info xəbər verir ki, zorlamada günahlandırılan keçmiş oyunçuya 4 il 6 ay həbs cəzası verilib.

Bundan əlavə hökmdə qeyd edilib ki, Alveş dəymiş ziyana görə zərərçəkmiş qadına 150 min avro ödəməlidir.

Qeyd edək ki, Dani Alveş ötən il yanvarın 20-də cinsi zorakılıq ittihamı ilə həbs edilib.

Xatırladaq ki, Dani Alveş karyerası ərzində “Sevilya”, “Barselona”, “Yuventus”, PSJ kimi klublarda çıxış edib. O, tarixin iki ən titullu futbolçusundan biridir.

 

 

Gununsesi.info