Dadaş Dadaşbəyli Avropa çempionu oldu

  • By ilhame
  • 19 Fevral 2024 21:50

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Dadaş Dadaşbəyli körpücük üzərinə qalxıb.

 

Gununsesi.info xəbər verir ki, o, 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

 

Dadaş birdən qaldırma hərəkətində 176 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionatının qalibi olub.

 

Atletimiz təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb.

 

Təmsilçimiz toplam 388 kq (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.

Gununsesi.info