
Hollandiyalı idmançı Femke Bol qapalı məkanda 400 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.
Gununsesi.info xəbər verir ki, 23 yaşlı idmançı Apeldornda keçirilən Hollandiya Atletika Çempionatında 400 m məsafəni 49,24 saniyəyə qət edib. Hollandiyalı qadın rəqəmini saniyənin iki yüzdə biri qədər yaxşılaşdıraraq öz rekordunu qırıb.
Bol karyerasında altıncı dəfə arenada 400 metr məsafəni 50 saniyədən az qaçıb.
Femke Bol martın 1-dən 3-dək Qlazqoda keçiriləcək qapalı məkan üzrə dünya çempionatında ilk dəfə mübarizə aparacaq.
Gununsesi.info