
Milli Məclisin üzvü Vahid Əhmədov Rusiyanın Qarabağdakı sülhməramlılarının sayını artırmasına etiraz edir.
Gununsesi.info-nun xəbərinə görə, deputat Rusiyanı razılaşmanı pozmaqda ittiham edib:
“Deyirdilər ki, sülhməramlıların sayı 1960 nəfər olacaq, ancaq onların böyür-başında bu müddət ərzində xidmət personalı, Rusiyanın başqa nazirliklərinin 7-8 min əməkdaşı gəlib oraya yığışıb. Axı bu, razılaşmada əks olunmamışdı, siz nə etmək fikrindəsiniz?”
Gununsesi.info