İranda tanınmış hüquq müdafiəçisi həbs edildi

İranın Sistan və Bəlucistan əyalətindən olan uşaq hüquqları müdafiəçisi Zöhrə Səyyadi həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

HTML tutorial

Onun 1 il azadlıqdan məhrum edilərək Tehranın Evin həbsxanasına köçürüldüyü bildirilir.

Qeyd edək ki, hazırda xərçəng xəstəliyindən əziyyət çəkən xanım fəal bundan öncə də mədəni dinc fəaliyyətlərinə görə təzyiqlərə məruz qalıb.