Dəllər kəndinin qazlaşmasını istəyən sakinlər “Açıq mikrofon”da

  • By ilhame
  • 21 Dekabr 2023 20:19

Həftənin sayca 4-cü “Açıq mikrofon” aksiyası Saatlı rayonunda baş tutub.

 

Gununsesi.info xəbər verir ki, rayonun Əlisoltanlı kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda ümumilikdə 14 müraciət ünvanlanıb.

 

Aksiya keçirilən kəndin sakinlərindən 6 nəfər mikrofon önünə çıxıb. Abonentlərin müraciətləri qazın təzyiqinin bəzi hallarda zəif olmasından, qaz sayğacının dövri yoxlamadan keçirilməsindən və debitor borcun araşdırılmasından ibarət olub. Saatlı rayonunun Dəllər kəndindən qatılan 4 nəfər isə yaşadığı kəndin qazlaşdırılmasını istəyib. Salyan RQİİ-nin rəhbər şəxsləri vətəndaşların müraciətləri ilə bağlı ətraflı məlumat verdikdən sonra aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyat aparıblar.

 

Gununsesi.info