SOCAR-ın “Azəriqaz” İB-dən abonentlərə XƏBƏRDARLIQ

  • By ilhame
  • 21 Dekabr 2023 20:23

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet şəbəkəsi infrastrukturunda profilaktik işlərin görülməsi planlaşdırılır.

Bu səbəbdən həmin müddət ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyət üçün açıq olan bütün resurslarının, veb-səhifənin, elektron poçt və VPN xidmətlərinin, həmçinin ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayanacaq. Verilən məlumata görə profilaktik işlərin bu gün (21.12.2023 tarixində) saat 21:00-dan etibarən bir neçə saat ərzində davam etməsi nəzərdə tutulur. Abonentlərdən mövcud vəziyyəti nəzərə almalarını xahiş edirik.

 

Gununsesi.info