
“20-24 yaşlı gənclər arasınadkı işsizlik 23 faizin üstüdədir ki, bu da iqtisadi təklükəsizlik meyarına görə, kritik hesab olunan həddən 3 dəfə yuxarıdır.”
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli məşğulluq və işsizliklə bağlı məsələləri Moderator.az -a şərh edərkən deyib.
Əli Məsimli bildirib ki,iqtisadi təhlükəsizlik meyarlarına görə,işsizliyin səviyyəsi 7 faizi keçdikdə, kritik sayılan həddı aşmış hesab olunur və bir sıra fəsadlar törədir. Sosial problemlərin dairəsinin genişlənməsində və kəskinləşməsində işsizlik problemi çox ciddi rol oynayır. Rəsmi statistikaya görə, 2022-ci ildə Azərbaycanda iş qüvvəsi 5 milyon 194 min nəfər, onun 4 miyon 901 min nəfəri-məşğul əhali, 293 min nəfəri isə isizlərdən ibarət olmuşdur ki, bu da ölkədə işsizliyin səviyysinin 5,6 faiz, o cümlədən kişilər arasında 4,8 faiz,qadınlar arasında isə 6,5 faiz olduğunu göstərir.Amma bu rəsmi statistikadır. Realda ölkədə işsizlərin sayı bundan xeyli çoxdur. Məşğul əhalinin bir hissəsi minimum tələbatı belə ödəmək üçün yetərli olmayan minimum əmək haqqı ətrafında aylıq gəlir əldə edə bildiyindən, onlar da əslində ”iqtisadi işsiz”lərdir. 5 milyon 194 min nəfərlik iş qüvvəsinin yalnız 1 milyon 739 min nəfəri və ya 30 faizə yaxını muzdlu işçidir. Pandemiya bu rəqəmdən kənar 3,8 milyon nəfərin məşğulluq və isizlik sahəsindəki vəziyyətini xeyli dərəcədə ortaya qoydu. Ona görə də “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” postpandemiya və postmüharibə dövrünün reallıqları və çağırışları nəzərə almaqla,eləcə də işsizliyin statistikası təkmilləşdirilməklə yenidən işlənilməlidir.
Əli Məsimli gənclərin məşğulluq məsələsinə toxunarkan qeyd edib ki, işsizlik Azərbaycanda bütün əhali qrupları arasında ən böyük problemlərdən biridir. Ancaq bu problem gənclər və qadınlar arasında daha kəskin xarakter alıb.Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da gənclərin məşğulluğu və təhsilinə uyğun işlə təmin olunması sahəsində xeyli problemlər var.15-24 yaş arasında olan gənclər iş qüvvsənin 25,5 faizini, məşğul əhalinin 24,3 fazini, işsizlərin isə 45 faizni təşkil edir. Gənclər arasındakı işsizlik səviyyəsi ölkəmizin orta göstəricisindən 1,8 dəfə yüksəkdiir. Əslində real rəqəmlər bundan xeyli yüksəkdir. 20-24 yaşlı gənclər arasınadkı işsizlik 23 faizin üstündədir ki, bu da iqtisadi təklükəsizlik meyarına görə, kritik hesab olunan həddən 3 dəfə yuxarıdır.
Əli Məsimli gənclərin təhsili və məşğulluğu barədə danışarkən bildirib ki, ölkəmizdə 15-24 yaş arasında olan hər 4 gəncdən biri nə təhsil alır,nə də işləyir…Muzdla çalışan gənclərin cəmi beşdə biri ali təhsillidir.Hər 3 gəncdən 2-sinin tam,orta və ibtidai olmaqla sadəcə məktəb təhsili var ki,bu da ixtisassız kadrlar deməkdir.Əhalinin hər 10 min nəfərinə düşən tələbələrin sayına görə də Azərbaycanın göstəricisi yaşadığımız regionda və MDB ölkələri arasında potensil imkanlarda xeyli geridir.Həm də kəmiyyətlə yanaşı, təhsilin keyfiyyəti və bu sahə üzrə rəqabət qabiliyyətlilyi artrmaq üçün də hələ çox işlər görülməlidir.Təhlillər göstərir ki, iş yerlərinin məhdud olması işsizliyin yüksək olmasında əsas rol oynayır.Bununla yanaşı əmək bazarında ixtisasssız kadrlarınüstünlük təşkil etməsi ,təhsilin səviyyəsinin və keyfiyyətinin aşağı olması da gənclərin iş tapma imkanlarını azaldan amillərdəndir.Əmək bazarında tələbat olmayan və ya az olan ixtisaslar üzrə lazım olmayan sayda kadrların hazırlanması, onların hazırlıq səviyyəsinin isə işəgötürənlərin tələblərinə cavab verməməsi də məşğulluqla bağlı problem yaradır.