Meksikada avtobus aşıb, 17 nəfər ölüb

  • By ilhame
  • 06 Oktyabr 2023 22:44

Meksikanın cənubundakı Oahaka ştatında avtobusun aşması nəticəsində azı 17 nəfər ölüb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə və Risklərin İdarə Edilməsi Xidməti məlumat yayıb.

“Oahaka-Kuaknopalan avtomobil yolunun 88-ci kilometrliyində əksəriyyəti Venesuela vətəndaşı olan 55 miqrantın olduğu avtobus aşıb. İlkin məlumatlara görə, qəza nəticəsində 17 nəfər ölüb”, – qurumun “X” sosial şəbəkədəsindəki səhifəsində yazılıb.

Qəza nəticəsində daha bir neçə nəfərin xəsarət aldığı və onlara tibbi yardım göstərildiyi qeyd edilir. Miqrantları daşıyan avtobusun aşmasının səbəbləri hələ müəyyən edilməyib.

Gununsesi.info