Azərbaycanın Şimal sərhədinə bitişik Dərbəndin Məhərrəm kəndində min nəfərdən çox azərbaycanlı ölkəsinə dönmək üçün günlərdir gözləməkdədir.
Gununsesi.org xəbər verir ki, sayları günbəgün artan azərbaycanlılar koronavirus səbəbindən sərhədlərin bağlanmasından sonra Azərbaycana giriş edə bilmir. Azərbaycanın Rusiyadakı səfirliyi də vətəndaşların taleyi ilə maraqlanmır. Vətəndaşlar saytımıza bildirirlər ki, günlərdir Azərbaycana keçmək üçün səfirliyin qaynar xətt nömrəsinə davamlı zənglər etsələr də, rəsmilər minə yaxın vətəndaşın sərhəddə qalmasına etinasız yanaşıb. İnanlar taleyin ümidinə buraxılıb. Sərhədlər qapalıdır deyə, həmin vətəndaşlar günlərdir çöllərdə yatmağa, gecələməyə məcbur qalıblar.
Onlar karantinin geniş yayıldığı Rusiyada öz həyatlarını qurtarmaq üçün vətənlərinə dönmək istəsələr də, əlacsız vəziyyətdə tibbi-sanitariya qaydalarından məhrum şəkildə çöllərdə ocaq qalayaraq körpə uşaqlar və qocalarla birlikdə qalmağa məcbur buraxılıblar.
Arzu.
COMMENTS