Human Rights Watch Qubad İbadoğluya azadlıq istədi

  • By admin
  • 26 İyul 2023 10:54

DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilən ADR Partiyasının lideri , tanınmış iqtisadçı alim Qubad İbadoğlunun həbsi beynəlxalq reaksiyaya səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, dünyanın məşhur hüquq müdafiə təşkilatı olan “Human Rights Watch” Azərbaycan hökumətini Qubad İbadoğluya “şübhəli ittihamlar”ı ləğv etməyə çağırıb.

Qurumun bəyanatında İbadoğlunun saxlanılan zaman  həyat yoldaşı ilə birlikdə pis rəftara məruz qaldığı vurğulanır:

“İbadoğlunun həbsi Azərbaycanda uzun müddətdir hökumətin tənqidçilərinə qarşı şübhəli ittihamların irəli sürülməsi praktikasına uyğundur”.

Azərbaycan hökuməti isə tanınmış iqtisadçı alimin həbsində siyasi motiv olmadığını iddia edir.

Xatırladaq ki, Nərimanov məhkəməsi istintaq orqanının vəsatəti əsasında İbadoğlu barəsində 4 aya yaxın həbs- qiətimkan tədbiri seçib.

 

Elmar

Gununsesi.info