
Bir neçə gün əvvəl vaxtsız vəfat edən tanınmış teleaparıcı Natəvan Babayevanın Bakıda hüzr məclisi təşkil olunacaq.
Gununsesi.info-nun xəbərinə görə, 27 iyul Təzəpir məscidində təşkil olunacaq hüzr məclisi ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev tərəfindən təşkil olunub.
Qeyd edək ki, Natəvan Babayeva uzun ilər ANS-də xəbər aparıcısı kimi çalışıb.
O, bir neçə ildir ki, onkoloji xəstəkliklə mübarizə aparsa da amansız xəstlik gənc yaşında onu doğmalarından ayırdı.
Şəbnəm
Gununsesi.info