
Xalq Müdafiəçisinin dəvət etdiyi mütəxəssis/ekspertlər qrupu, oktyabrın 19-da “Vivamed” klinikasında eks prezident Mixeil Saakaşviliyə baş çəkiblər.
Gununsesi.info xəbər verir ki, mütəxəssislər sabiq prezidenti müayinə edərək yeni rəy tərtib ediblər.
Bildirilib ki, Saakaşvilinin səhhətində müəyyən müsbət dinamika var və hazırda onun çəkisi artaraq 70 kq təşkil edir.
Buna baxmayaraq hələ də, onun əzələ atrofiyası, nevropatiya kimi problemləri olduğu vurğulanıb.
Həkimlərin fikrincə, 2-3 ay bundan öncəki vəziyyətlə müqaisədə sabiq prezidentin səhhətində müsbət dinamika var, yuxu rejimi və qida qəbulu problemləri yaxşılaşıb.
Gununsesi.info