Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

  • Müəllif: Orxan
  • 17 Noyabr 2026 10:19

Noyabrın 16-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Gununsesi.info