
Çinin daxili yanma mühərrikindən çevrilmiş ilk hidrogen lokomotivi cümə axşamı Şaansi əyalətinin Datonq şəhərində istifadəyə verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “CGTN” nəşri məlumat verib.
Məlumata görə, ölkənin ən böyük dəmir yolu nəqliyyat vasitələri və avadanlıq istehsalçısı olan “CRRC” Korporasiyası “Ningdong” lokomotivinin hazırda dünyanın ən güclü hidrogenlə işləyən lokomotivi olduğunu açıqlayıb.
Lokomotivin maksimal hidrogen ehtiyatı 270 kiloqram təşkil edir. Qatar 190 saat fasiləsiz işləyə bilir.
Gununsesi.info