Braziliyada qasırğa: Çoxlu sayda insan can verdi / FOTOLAR

  • By arzu
  • 19 İyun 2023 10:23

Braziliyanın şimalında yaşanan təbii fəlakət davam edir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, güclü qasırğa zamanı ölənlərin sayı 13-ə, yaralı sayı 20-yə yüksəlib.

HTML tutorial

Rio Qrande do Sol bölgəsinin İcra başçısı Eduardo Leite şiddətli qasırğanın 40 qəsəbədə təsirli olduğunu, sel və torpaq sürüşməsinə yol açdığını söyləyib.

Fəlakətdən sonra minlərlə insan digər bölgələrə köçürülüb. Bəzi nəqliyyat yolları hərəkət üçün qapadılıb.

Xatırladaq ki, iyunun 16-dan bu ölkədə ayrı-ayrı ərazilərdə qasırğalar xeyli sayda evə, obyektə və təsərrüfata ziyan vurub.

 

Tərcümə: Arzu

Gununsesi.info