
Pentaqondan sızdırılan sənədlərə görə, Amerikanın keçmiş illərdəki etirazlarına baxmayaraq, Çin Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) hərbi baza qurur.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki ,Amerika hərbi bazanın inşa etmə çalışmalarının davam etdiyini açıqlayıb.
Məlumatda Çin Əbu-Dabi şəhərinin çölündəki ərazidə hərbi baza inşa etdirdiyi bildirilir.
Xəbərlər arasında hərbi bazanın 2023-cü ildə Çinin Orta Şərq, Cənub-şərqi Asiya və Afrikadakı liman bölgələrdə qlobal bir əsgəri təsis şəbəkəsi yaratma planının bir parçası plduğu yazılır.
Xatırladaq ki, rəsmi Pekin neftlə zəngin Orta Şərqdə güclənməyə bə bölgə ölkələri ilə əlaqələrini uzun zamandır ki, yaxşılaşdırmağa çalışır.