Çin ABŞ-a çağırış etdi -Deportasiya etməyi dayandırın

Çin hakimiyyəti ABŞ-ı “milli təhlükəsizlik bəhanəsi” ilə Çin vətəndaşlarını, o cümlədən tələbələri və alimləri təqib etməyi, sorğu-sual etməyi və deportasiya etməyi dayandırmağa çağırır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, statistik məlumatlara görə, 2021-ci ilin iyul ayından ABŞ 300-ə yaxın Çin vətəndaşını, o cümlədən 70-dən çox çinli tələbəni deportasiya edib.

Ölkəyə gələn iki çinli alim də sıxışdırılıb və saatlarla sorğu-sual edilib. Onlardan biri ABŞ-a daxil olarkən San Fransisko Beynəlxalq Hava Limanında 22 saat saxlanılıb.

“Alim sonda vizası ləğv edildi, Çinə geri deportasiya edildi və beş il müddətinə ABŞ-a giriş qadağan edildi. Belə hadisələr mütəmadi olaraq baş verir və son vaxtlar onların tezliyi artıb. Hətta ABŞ-ın dostluq səfərinə dəvət etdiyi Çin rəsmiləri ölkəyə daxil olarkən və ya ölkəni tərk edərkən əsassız təqiblərə və sorğu-suallara məruz qalıblar” – deyə məlumatda bildirilir.

 

Bundan öncə ABŞ-ın maliyyə naziri Janet Yellen Vaşinqtonun Çin bizneslərinin Ukraynadakı münaqişədə Rusiyaya dəstək verdiyini aşkar edərsə, bunun nəticələri barədə xəbərdarlıq etmişdi. Çinə səfəri zamanı Yellen ABŞ-ın Rusiya Federasiyasına qarşı sanksiyalarına əməl etmədiyi təqdirdə Pekin üçün problem olacağını vəd etmişdir.

 

Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ning ABŞ-ın Rusiya ilə Çin arasında normal münasibətlərə müdaxilə etməməli olduğunu vurğulayıb.

 

 

 

Şəbnəm

Gununsesi.info