Zurab Caparidze: “Hökumət vətəndaş cəmiyyətini, tənqidi medianı sıxışdırmağa çalışır”

Aprelin 8-də Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna etiraz aksiyası keçirilib.
Gununsesi.info xəbər verir ki, aksiya parlament binası yaxınlığında baş tutub.
Parlamentin bürosunda layihənin müzakirəsinə başlayıblar. Həm müxalifət, həm də vətəndaş cəmiyyəti bu dəfə də onun qəbuluna icazə verməyəcəklərini bildirir.
Gürcüstanın hakim “Gürcü arzusu” partiyası ölkədə vətəndaş cəmiyyəti təşkilatlarını və medianı hədəf alan mübahisəli “xarici agent qanunu”nu yenidən qəbul etməyə çalışacaqlarını açıqlayıb.
Təklif ötən il kütləvi küçə etirazlarından sonra geri çəkilmişdi.
Çərşənbə günü “Gürcü arzusu”nun parlament lideri Mamuka Mdinaradze keçirdiyi brifinqdə qanun layihəsinin ötənilki variantının əhəmiyyətli dərəcədə dəyişilməyəcəyini bildirib.
Onun sözlərinə görə, yeganə fərq odur ki, yeni qanunvericilik xaricdən maliyyə alan təşkilatları “xarici təsir agentləri” əvəzinə “xarici gücün maraqlarını həyata keçirən təşkilatlar” adlandıracaq.