
Ukrayna ordusu Rusiyanın yanacaq-energetika infrastrukturunun elementlərinə və müdafiə sənayesi müəssisələrinə qarşı cinayətlər hazırlayır”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.
“Düşmən nəqliyyat və enerji infrastrukturunun mühüm elementlərinə zərər vurmaq üçün əməliyyatları aktivləşdirib”, – deyə o bildirib.
Bortnikovun sözlərinə görə, mümkün zərbələr həyati əhəmiyyətli obyektlərə və müdafiə sənayesi müəssisələrinə də ziyan vura bilər.
Bortnikov əlavə edib ki, hüquq-mühafizə orqanları və yerli hakimiyyət orqanları obyektlərin təhlükəsizliyini gücləndirmək üçün tədbirlər görür.
Gununsesi.info