Cənubi Amerika ölkəsi olan Çilidə etiraz aksiyaları səngimir. Xalq prezidentin istefa verməsini tələb edir.
Gununsesi.org Buta.ws-ə istinadən xəbər verir ki, Cənubi Amerika ölkəsi olan Çilidə alovlar yüksəldi, partlayış səsləri eşidildi.
Yenidən küçələrə çıxan üsyançılar trajik anlar yaşadılar. Daşla bərabər polislərə benzin dolu şüşə ilə hücum etdilər. Atılan şüşələrdən ikisi 2 qadın polisə tuş gəldi. Polislər diri-diri yanmağa başladılar. Onlar digər polis əməkdaşları tərəfindən söndürülüblər. İndiyə qədər 6 polis əməkdaşı yaralanıb.
Bildirilir ki, Çili dövlət başqanı istefa etməyəcəyini bəyan edib.
Qeyd edək ki, Çilidə insanların 60%-i yoxsulluqdan da aşağı səviyyədə yaşayır.
COMMENTS