“İsrailin Türkiyənin reaksiyasından qorxması üçün heç bir əsas yoxdur…”
Türkiyə və Azərbaycanın da, türk dünyasının da kimlərdənsə qorxmağa heç bir əsası yoxdur…
İsraildə bir neçə jurnalist Netanyahu hökumətini qondarma “erməni soyqırımı”nı tanımağa çağırıb.
Gununsesi.org Moderator.az-a istinadən xəbər verir ki, söhbət “The Jerusalem Post” qəzetinin dərc etdiyi yazıdan gedir. Məqalədə Osmanlı dövlətində guya ermənilərin sistematik şəkildə öldürülməsindən bəhs olunur. Müəlliflər qeyd edirlər ki, İsrail, soyqırımdan sonra qurulan bir dövlət kimi, hökumət tərəfindən qırğınlara və sistematik qətllərə məruz qalan azlıq olmağın nə olduğunu çox yaxşı bilir.
Müəlliflər ABŞ Konqresinin Nümayəndələr Palatasının artıq “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul etdiyini də xatırladırlar.
Yəhudi jurnalistlər “xüsusən indi Türkiyə Prezidenti Ərdoğanın İsraili təhdid etməyə davam etdiyi zaman buraxılmış səhvləri düzəltməyin vaxtının gəldiyini” düşünür.
“Türkiyə hesab edir ki, o, digər ölkələri də təhdid edə bilər. Və bu ölkələr Türkiyənin qüruru olan bir məsələdən – erməni soyqırımını tanımaqdan çəkinəcəklər. İsrailin Türkiyənin reaksiyasından qorxması üçün başqa bir əsası yoxdur” – İsrail yazarları belə deyir.
Məqalədə xatırladılır ki, İsrail millət vəkilləri Gideon Saar və Yair Lapid də hökuməti “erməni soyqırımı”nın qəbul edilməsinə çağırıblar.
“Lapid və Saar haqlıdır. İsrailin düzgün davranmasının vaxtı çatıb – Türkiyədən qisas almaq yox, səhvi düzəltmək gərəkdir ”- deyə yəhudi qəzeti vurğulayır.
P.S. Gerçəklik budur ki, həm “Hollokost”, həm də qondarma “erməni soyqırımı” XX əsrdə eyni güc mərkəzləri tərəfindən ortaya atılmış və dünyanı, xüsusən də İslam, Türk aləmini təzyiq altında saxlamaq üçün bir mexanizmlərdir. Amma öncələr də dediyimiz kimi, yəhudi lobbisi heç vaxt erməni lobbisinin dünya siyasətinə təsir gücündə özlərindən nəinki qabağa keçməsinə, heç özləri ilə yanaşı addımlamasına da imkan verməz. Odur ki, nə İsrail, nə də ABŞ heç vaxt “erməni soyqırımı”nı bütövlükdə tanıyacaq. Bu, sadəcə, Türkiyəyə, eləcə də digər türk dövlətlərinə dünya və regional siyasətin gedişinə uyğun bir böyük təzyiq vasitəsidir… Odur ki, bizlərin də: Türkiyə və Azərbaycanın, Türk dünyasının da İsrailin və ya Ermənistanın addımlarından qorxmasına heç bir əsas yoxdur…
Bu zaman kəsimi böyük bir sınaqdır. Allah yolunda dürüst olsaq, heç kəs kürəyimizi yerə vura bilməz, əksinə, Allah düşmənlərini yerlə-yeksan edər…
COMMENTS