Vladimir Bukovski vəfat etdi

Vladimir Bukovski vəfat etdi

Məşhur sovet dissidenti, hüquq müdafiəçisi və yazıçı Vladimir Bukovski Kembricdə xəstəxanaların birində dünyasını dəyişib.

Gununsesi.org-un xəbərinə görə, bu barədə yazıçının rəsmi saytında məlumat verilib.

O, 76 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

“Vladimir Konstantinoviç Bukovski … 27 oktyabr 2019-cu il, saat 09:46-da İngiltərənin Kembric şəhərindəki Addenbrooks Xəstəxanasında ürək çatışmazlığından öldü. 76 yaşında idi”, -deyə məlumatda bildirilib.

Qeyd edək ki, V. Bukovski SSRİ-də dissident hərəkatının qurucularından biri olub. “Moskva Prosesi” kitablarının müəllifidir. Burada Sov.İKP Mərkəzi Komitəsinin və KQB-nin gizli arxivlərini dərc edib. Ömrünün 12 ili həbsxanalarda və məcburi müalicədə keçib, 1976-cı ildə SSRİ-dən qovulduqdan sonra Böyük Britaniyada yaşamağa başlayıb.

 

Gununsesi.org

COMMENTS