İraqda etirazçılar ölkənin əsas dəniz limanına nəzarəti ələ keçirdilər – Video

İraqda nümayişçilərin polis və hərbçilərlə şiddətli toqquşmaları ölkənin əsas dəniz limanına – Um Qasra çatıb.

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, öncə etirazçılar limana aparan bütün yolları bağlayıblar, sonra nəzarətə götürüblər.

Qeyd edək ki, Baş nazirin mitinqi dayandırmaq çağırışlarına və istefa vədinə baxmayaraq, iğtişaşlar sakitləşmir.

Xatırladaq ki, 1 oktyabrdan İraqda kütləvi xalq etirazları keçirilir. Etirazlar zamanı yüzlərlə insan öldürülüb.

Nümayişlərə səbəb həyat şəraitinin yaxşılaşdırılması, işsizliyə və korrupsiyaya son qoyulması, hökumətin istefası tələbləridir.

COMMENTS