Azərbaycanda bank sektorunun aktivlərinin 67,74% 5 bankın “əlində” cəmləşib.
Gununsesi.org xəbər verir ki, bu ilin yanvar-sentyabr dövrünə olan göstəriciyə görə, Azərbaycanda bankların cəmi aktivləri 31 milyard 363 milyon 300 min manat olub. Bu məbləğin də 21 milyard 245 milyon 810 min manatı 5 bankın Beynəlxalq Bank, “PAŞA Bank”, “Kapital Bank”, “Xalq Bank” və “Bank Respublika”nın payına düşüb.
Eləcə də bax:Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (01.10.2019)
Aşağıdakı siyahıdan 5 bankın aktivlər üzrə payı ilə tanış ola bilərsiz.
Beynəlxalq Bank – 9 milyard 321 milyon 336 min manat
“PAŞA Bank” – 4 milyard 383 milyon 325 min manat
“Kapital Bank” – 4 milyard 007 milyon 548 min manat
“Xalq Bank” – 2 milyard 177 milyon 368 min manat
“Bank Respublika” – 1 milyard 356 milyon 235 min manat
FED.az
COMMENTS