Canlı yayımda Türkiyəli nazirin burnundan qan gəldi –VİDEO

Canlı yayımda Türkiyəli nazirin burnundan qan gəldi –

Türkiyədə Daxili İşlər naziri Süleyman Soylunun burnundan canlı yayımda qan açılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “Sözcü” kadrlar yayımlayıb.

Bildirilir ki, hadisə Türkiyədə Təbii Fəlakət və Fövqəladə Vəziyyət İdarəsinin “İdlibə Yardım Kampaniyası” konfransı zamanı baş verib.

Tədbir zamanı nazir özünü pis hiss edib. Onun burnundan qan açılanda isə yayım dayanıb.

 DİN-dən bildirilib ki, nazir soyuqladığı üçün burnundan qan gəlib. Soylunun səhhətində heç bir problem olmadığı, gündəlik iş qrafikinə davam edəcəyi qeyd olunub.

Hazırda onun vəziyyətinin normallaşdığı bildirilir.

Gununsesi.org

COMMENTS