İran raketlərini döyüş hazırlığı vəziyyətinə gətirdi

İran raketlərini döyüş hazırlığı vəziyyətinə gətirdi

İranın raket qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu barədə “Reuters” ABŞ-ın yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

O bildirib ki, Ağ Ev hadisələrin gedişatını diqqətlə izləyir.

“Bu döyüş hazırlığı hücum, yoxsa müdafiə xarakteri daşıyır? Bu bizə məlum deyil”, – deyə mənbə izah edib.

Xatırladaq ki, ABŞ-ın İran generalı Qasım Süleymanini öldürməsindən sonra ölkələr arasında münasibət kritik həddə çatıb.

Xəbər oxu.az saytında dərc edilib.

 

Gununsesi.org

COMMENTS