Bu hesabatda Avropa Məhkəməsinin qərarlarına əsaslanmışam- AŞ PA-nın SİYASİ MƏHBUSLAR ÜZRƏ MƏRUZƏÇİSİ

Bu hesabatda Avropa Məhkəməsinin qərarlarına əsaslanmışam

Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edən qurumun Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Səməd Seyidovun ona ünvanladığı ittihamlara cavab verib.

Gununsesi.org-un xəbərinə görə, həmməruzəçi bildirib ki, bu hesabatı hazırlayarkən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına baxıb:

“Biz hər iki tərəfdən həsaslığını başa düşürəm. Amma mən bu araşdırmaya açıq mövqeyimlə yanaşmışam və bu mənim verəcəyim bir vəd deyildir. Bu araşdırmanın nəticəsində gəldiyimiz son qənaətdir və bu araşdırma bitib. Və mən sizə söz verə bilmərəm ki, sizin xeyrinizə nəsə yeni qənaət əldə edə bilərəm.

Başqa bir məsələ cənab Seyidov dedi ki, mən Azərbaycanın seçki sisteminə öz bəyanatımla müdaxilə etmişəm. Bağışlayın, məni ancaq xeyr, belə deyil. Müxalifətin seçkidə iştirakına yol verməmək seçkiyə müdaxilədir. Mənim dediyim ifadə müdaxilə sayıla bilməz. Bu faktdır ki mən tənqid edirəm bunu. Cənab Seyidovun mövqeyi açıq-aydın dəyişib. Biz bu qətnaməni yekdiliklə qəbul edəndən bəri açıq aydın dəyişib. Parisdə dekabr ayında komitə hesabatı qəbul edəndə cənab Seyidov başqa mövqedə idi. Təəssüf ki, cəzalandırmaq üçün öz fikrimi azad ifadə etdiyim üçün. Siz öz səsinizi geri götürə bilməzsiniz ki mən öz fikrimi demişəm.

Azərbaycanda adamaları öz fikirlərini ifadə etdiyi üçün cəzalandırırlar. Bu komitənin qətnaməsidir və hamınızı onu dəstəkləməyə çağırıram. Mən ümid edirəm ki, biz Azərbaycan vətəndaşları üçün yaxşı çıxış yolunun əldə olunması üçün bir yerdə əməkdaşlıq edə bilərik”.

Günay Təhməzova

Gununsesi.org

COMMENTS