
“Bir deyim var: bir problemi həll edib uğursuz olsanız, problemi yox, həll yolunu dəyişdirin. Problemlərin həll edilməsi lazımdır. Amma belə bir vəziyyətdə deyil. Şirin çıxışlara necə də inanırdıq?!”
Gununsesi.info xəbər verir ki, bu fikirləri Vətəni Qurtuluş Milli Hərəkatından baş nazirliyə vahid namizəd Vazgen Manukyan səsləndirib. Dünən keçirilən mitinqdə Manukyan deyib ki, “Artsax”ın ən yaxşı təcrübəli komandirləri bu ordudan qovuldu. Müharibə zamanı mən Qarabağda olanda onlar qapıda gözləyirdilər. Nikol bir siyahı yazırdı – qərargaha kimin girmək hüququ var. Və bu generalların qərargaha daxil olmaq hüququ yox idi. O, Ermənistan ordusunu ləkələdi. Bütün müttəfiqlərimizi itirdik. 1988-ci ilə qayıtmışıq. Hər şeyi yenidən başlamalıyıq”.