Fransa Qarabağın müstəqilliyini tanımır - SƏFİR

  • By arzu
  • 04 Dekabr 2020 12:17

Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır.

Gununsesi.org  bildirir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter” hesabında yazıb.

Səfir bildirib ki, indiyə kimi bir şey hamıya çox aydın olmalıdır: “Fransa hökuməti öz Parlamentinin müstəqilliyini tanıyır. Lakin Qarabağın müstəqilliyini tanımır”.

Qeyd edək ki, səfirin dediyi “Fransa hökumətinin tanıdığı parlament” Dağlıq Qarabağın müstəqilliyini tanıma sənədi qəbul etmişdi.

Gununsesi.org