Arvadım prezident olmayacaq – Obamadan açıqlama

  • By turana
  • 06 Dekabr 2020 16:08

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama Amerika Birləşmiş Ştatları prezidentliyinə namizədliyini irəli sürmək niyyətində deyil.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Barak Obama İspaniyanın “La Vanquardia” qəzetinə verdiyi müsahibədə bildirib.

Obama xanımının prezidentliyə namizəd olmayacağına dair zəmanət verdiyini də dilə gətirib:

“Kitabda da qeyd etdiyim kimi Mişelin siyasətdən xoşu gəlmir. Buna baxmayaraq, növbəti hədəfindən asılı olmayaraq, bir zamanlar mənim üçün etdiyi kimi, onu hər zaman dəstəkləməkdən məmnun olacağam”.

 

Gununsesi.info