Bu gün Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur - VİDEO/FOTOLAR

Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçirilir.

Baş tutan tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələr, şagirdlər iştirak edirlər.

HTML tutorial

Tədbirdə söz alan müəllimlər və valideynlər məktəblə bağlı xatirələrini bölüşüblər, sonuncu zəngi çalınan məzunlar isə hazırladıqları rəqsləri və mahnıları ifa ediblər.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100 084, digər qurumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrindən 727 şagird məzun olur.