Akif Aşırlıdan Bəxtiyar Sadıqova dəstək - BU QƏZET CÜMHURİYYƏTİMİZİN YADİGARIDIR

Milli Məclisin iclasında çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov adıçəkilən mətbuat orqanının dayanmaq təhlükəsi qarşısında olduğunu deyib.

Onun sözlərinə görə, əgər dövlət bir il ərzində qəzetə 1.5 milyon vəsait ayırmasa, qəzet bağlanacaq. Sadıqovun bu çıxışı sosial şəbəkələrdə tənqid olunsa da ona dəstək verənlər də var.

HTML tutorial

Gununsesi.info bildirir ki, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Azərbaycanlının dayandırmağın yolverilməz olduğunu deyib:
“”Azərbaycan” qəzeti çapını dayandıra bilər. Bu barədə Milli Məclisdə qəzetin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov məlumat verib. Vəziyyət o həddə çatıb ki, əməkdaşların məvaciblərini ödəmək mümkün deyil. Bəxtiyar Sadıqov 65 əməkdaşın dövlət strukturlarının mətbuat xidmətlərində, başqa iş yerlərinin təminində Milli Məclisdən kömək istəyib. Azərbaycan Cümhuriyyətinin yadigarı olan” Azərbaycan” qəzetinin fəaliyyətini dayandırmaq məcburiyyətində qalması həyəcan təbili, ciddi siqnaldır”.

Afət Abbasova
Gununsesi.info