
Xalq artisti Məleykə Əsədova plastik əməliyyat etdirməsi ilə bağlı iddialara cavab verib.
Gununsesi.info– xəbər verir ki, aktrisa bu haqda “Şou xəbər”ə danışıb. O bildirib ki, üzündə heç bir plastik əməliyyat etdirməyib:
“Bircə bulxorn (dodağın qaldırılması) əməliyyatı etdirmişəm. Amma üz baxımları edirəm. Plastik əməliyyata pis baxmıram. Lazım gələrsə, plastik əməliyyat da etdirərəm”.
Qeyd edək ki, M.Əsədova həmişə fotoları ilə müzakirə obyektivinə çevrilib.
Gununsesi.info