Boris Conson: “Ərdoğan, Makron və Merkellə çox yaxşı danışıqlarımız oldu”

Boris Conson: “Ərdoğan, Makron və Merkellə çox yaxşı danışıqlarımız oldu”

“Ərdoğan, Makron və Merkel arasında çox yaxşı danışıqlarımız oldu”. 

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş Naziri Boris Conson NATO-nun 70 illiyi ilə bağlı təşkil edilən sammitdən sonra keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, liderlər Şimali Suriyadakı vəziyyət haqqında danışıblar:

“Biz əlbəttə ki, 4 milyon qaçqına ev sahibliyi edən Türkiyənin üzərindəki məsuliyyətin və təzyiqin, PKK-dan gələn terror təhdidlərinin fərqindəyik. Biz, sadəcə Türkiyənin Şimali Suriyadakı gələcək planlarını anlamağa çalışırıq. NATO daxilindəki müttəfiqlər və Türkiyənin arasında anlaşılmazlığın qarşısını almağa çalışırıq.  Biz bu formatda danışıqlara davam edəcəyik”, – deyə B. Conson vurğulayıb.

Gununsesi.org

COMMENTS