“Azəriqaz” sakinlərdən qanunsuz pul yığan şəxsin görüntülərini yaydı- VİDEO

“Azəriqaz” sakinlərdən qanunsuz pul yığan şəxsin görüntülərini yaydı

Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır.

Gununsesi.org–un məlumatına görə bu barədə “Qafqazinfo”ya “Azəriqaz”dan bildirilib. Qeyd olunub ki, hər abonentdən 10 manat tələb edilir: ““Azəriqaz” İstehsalat Birliyi olaraq bildiririk ki, əməkdaşlarımız abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir”.

“Azəriqaz” həmin şəxsin müşahidə kameraları ilə qeydə alınan görüntülərini də yayıb.

 

Gununsesi.org

COMMENTS