Elmar Məmmədyarov həmsədrlərlə görüşür

Elmar Məmmədyarov həmsədrlərlə görüşür

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb. 
 
Gununsesi.org xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən görüşdə hər 3 həmsədr – İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) iştirak edir.

Qarabağ münaqişəsinin müzakirə olunduğu görüşdən sonra E. Məmmədyarov erməni həmkarı Zoqrab Mnatsakanyanla da görüşəcək.

Gununsesi.org

COMMENTS