Gürcüstanda zəlzələ baş verib

  • By ilhame
  • 30 Mart 2024 23:04

Gürcüstanda yerli vaxtla 17:44-də 4,8 bal gücündə zəlzələ baş verib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Oni şəhərindən 6 kilometr cənub-şərqdə, Psori kəndi yaxınlığında yerləşib.

Yeraltı təkanlar nəticəsində tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Gununsesi.info