Türkiyədə 51 terrorçu saxlanılıb

  • By ilhame
  • 31 Mart 2024 10:08

Türkiyənin 21 vilayətində terror təşkilatı İŞİD-ə qarşı həyata keçirilən “BOZDOĞAN-18” əməliyyatı çərçivəsində 51 şübhəli saxlanılıb.

 

Gununsesi.info “TRT haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

 

O bildirib ki, əməliyyat çərçivəsində çoxlu sayda təşkilati sənəd və rəqəmsal material ələ keçirilib:

 

“Terrorçuların heç birinə göz yummayacağıq. Millətimizin duaları və dəstəyi, millətimizin üstün səyləri ilə mübarizəmizi qətiyyətlə davam etdirəcəyik”.

Gununsesi.info