Türkiyədə zəlzələ olub

  • By ilhame
  • 31 Mart 2024 17:03

Türkiyənin kurort zonası Antalyada 4,2 bal maqnitudada zəlzələ qeydə alınıb.

 

Gununsesi.info-nun xəbərinə görə, AFAD məlumat yayıb.

 

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 13:38-də (Bakı vaxtı ilə saat 14:38) Kaş rayonunda qeydə alınıb. Zəlzələ ocağı 15 km dərinlikdə yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Gununsesi.info