Polis saxta müharibə xəbərləri yayanları tapdı

  • By admin
  • 31 Mart 2024 19:44

Son günlər Azərbaycan Ermənistan arasında müharibə başlaması, çoxsaylı şəhidlərimizin olması barədə sosial şəbəkələrdə xəbərlər yayanların kimliyi bəlli olub.

Gununsesi.info bildirir ki, bu barədə DİN Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev bildirib:

Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayan şəxslər DİN əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunublar. Onlar barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyət yaradır”.

 

Gununsesi.info