
Kanada 2015-ci ildən indiyədək 40 mindən çox ukraynalı hərbçiyə təlim keçib.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Uilyam Bleyr Ottavada keçirilən təhlükəsizlik və müdafiə konfransında bildirib.
“Ukraynalılar digər məsələlərlə yanaşı, taktika, komandanlıq və ərazilərin minalardan təmizlənməsi üzrə təlim keçiblər. Ottava nə qədər lazımdırsa, Ukraynanı dəstəkləyəcək”, – o deyib.
Qeyd edək ki, 2023-cü ildə Kanadanın Baş naziri Castin Trüdo təlimlərin 2026-cı ilə qədər davam etdiriləcəyini açıqlamışdı.
Gununsesi.info