
Cəza çəkdiyi həbsxanada müəmmalı şəkildə ölən Rusiya müxalifətinin lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Avropa Parlamentində çıxış edib.
Gununsesi.info xəbər verir ki, o, çıxışında Putini qatil adlandırıb.
O, Avropa Parlamentinin sədri Roberta Metsola tərəfindən çıxış etmək üçün dəvət olunub.
“Bu imkanı mənə yaratdığınız üçün və bu gün məni dinlədiyiniz üçün təşəkkür edirəm. Putin Navalnini birinci dəfə öldürmək istəyəndə biz bir neçə il Almaniya yaşadıq. Aleksey zəhərlənmədən sonra müalicə aldı və çalışırdı ki, özünə gəlsin. Bəzən biz kiçik səfərlərə gedirdik. Getdiyimiz yerlərdən biri də bura Strasburq idi. Strasburq bizim sevimli şəhərlərdən biridir. Biz bir neçə il burda olmuşuq . Bu gün mənim həyat yoldaşım ölüb. Mən yenidən Strasburqdayam ancaq öz ailəmlə deyiləm.
Sizin vasitənizlə bütün Avropaya müraciət etmək istəyirəm. 12 gündür ki, Aleksey Navalni qətlə yetirilib.
Bir həftədir ki, Navalninin meyitini göndərməyə və dəfnini təşkil etməyə çalışırıq. Daha sonra qəbirstanlıq seçimi və dəfninin harada olması ilə məşğul olduq. Onun dəfni martın 1-də olacaq.
Hələ də əmin deyiləm ki, dəfn mərasimi dinc olacaq, yoxsa həyat yoldaşım ilə vidalaşmağa gələnlərin həbsləri ilə.
Bununla belə mən bu gün burdayam. Hər kəs mənə sual verir. “Sizin mübarizənizə necə kömək edə bilərəm?”
Ötən şənbə günü Putinin Ukraynaya genişmiqyaslı müharibəyə başlanılmasından iki il ötdü.
Bütün dünya Ukraynaya yardım göstərməyə çalışır. Lakin iki il keçib. Çox qanlar tökülüb.
Putin isə heç yerə getməyib. Artıq hər şeydən istifadə olunub. Silahlardan, sanksiyalardan, pullardan. Ancaq heç nə işləmir. Ən pisi isə hər kəsin bu müharibəyə öyrəşməsidir.
Putinin tapşırığı ilə Navalnı üç il həbsxanada işgəncə gördü. Onu acından öldürürdülər, karserdə saxlayırdılar. Ona icazə vermirdilər ki, zəng etsin. Hətta məktub yazsın. Daha sonra da onlar onu öldürdülər.
Bundan sonra onlar onun cəsədinə qarşı da işgəncə etdilər. Putin hər şeyə qadirdir. Siz onunla danışıq apara bilməzsiniz.
Bir çoxlarına elə gəlir ki, ümimiyyətlə Putini məğlub etmək mümkün deyil.
Aleksey Navalnı daima yeni ideyalar arxasınca idi. İnnonativ insan idi. Ələxsus da siyasətdə. İyun ayında seçki olacaq. Bir çoxlarınız seçicilər ilə görüşəcəksiz, müsahibələr verib görüşlər təşkil edəcəksiniz. Reklam çəkəcəksiniz. Bütün bunlar Rusiyada qeyri-mümkündür. Heç bir televiziya belə sizdən müsahibə götürməyəcək. Heç bir dünyanın pulu sizə kömək etməyəcək ki, hər hansı bir iş görəsiz. Seçicilər ilə görüşə gələnləri elə namizədlər ilə bir yerdə həbs edəcəklər. Lakin buna baxmayaraq, Aleksey Navalnı ən çox sevilən siyasətçiyə çevrilə bildi. Milyonlarla insanın ürəyinə yol tapdı. O, daima öz fantaziyaları ilə eksperiment edirək buna nail oldu.
O deyirdi ki, əgər televiziya bizə icazə vermirsə, elə isə sosial media vasitəsilə videolarımizi yayaq. Hər kəs bizi izləyə bilsin. Hətta həbsxanada belə Aleksey Navalnı öz ideyalarını çatdıra bilirdi. O, darıxdırıcı olan hər şeyin tam əksinə idi.
Əgər siz doğurdan da Putini məğlub etmə istəyirsinizsə gərək ki, innonativ olasınız. Siz gərək darıxdırıcı olmağı dayandırasınız. Siz Putini hər hansı sanksiya və ya qətnamə ilə incidə bilməyəcəksiniz. Əgər düşünsəniz ki, o, prinsip adamıdır, onun mənəviyyatı var, siz onu məğlub edə bilməyəcəksiniz. Aleksey bunu çoxdan başa düşmüşdü.
Sizin qarşınızda bir siyasətçi deyil, qan içən monstr var. O, kriminal bir bandanın lideridir. Bir daha təkrar edəcəm, Putin təşkil olunmuş kriminal bandanın lideridir. Buraya insan zəhərləyənlər və killerlər, qatillər daxildir. Ona yaxın olan adamlar, onun dostları, həmkarları mafiya pullarını əlbir saxlayanlardır.
Biz hamımız kriminal bandaya qarşı mübarizə aparmalıyıq. Buna görə də siyasi innovasiya odur ki, biz təşkil olunmuş cinayətə qarşı mübarizə aparmalıyıq. Bu, siyasətçiyə qarşı mübarizə deyil.
Bu gün milyonlarla rusiyalı var ki, onlar müharibəyə, Putinə və onun gətirdiyi şərə qarşıdırlar. Biz gərək onları düşmən elan etməyək. Əksinə, onların bizimlə işləməsinə nail olaq. Putin gərək mənim ölkəmə etdiklərinə görə cavab versin.
Eyni zamanda, qonşu ölkələrə qarşı etdiklərinə görə cavab verməlidir. Həmçinin Aleksey Navalnıya görə etdiklərinə görə cavab verməlidir.
Mənim həyat yoldaşım firəvan Rusiyanı görməyəcək. Lakin mən əlimdən gələni edəcəm ki, onun bu xəyalları reallaşsın və Rusiya üçün gözəl bir gələcək gəlsin”.
Gununsesi.info