KİV: ABŞ “Intel”ə 3,5 milyard dollar investisiya qoymaq niyyətindədir

  • By ilhame
  • 07 Mart 2024 20:40

ABŞ hökuməti “Intel” korporasiyasının inkişafına təxminən 3,5 milyard dollar investisiya qoymaq niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, “Intel” bu vəsaiti ölkənin müdafiə ehtiyacları üçün yarımkeçiricilər və digər yüksək texnologiyalı komponentlərin istehsalı üçün istifadə edəcək. Mənbələrin bildirdiyinə görə, pul üç il ərzində ayrılacaq.

Agentlikdən qeyd edilib ki, qanun layihəsi artıq ABŞ Konqresində nəzərdən keçirilir və onun bu həftə qəbul olunacağı gözlənilir.

Gununsesi.info