Britaniya Parlamentində “Brexit” anlaşması təsdiqləndi –Avropa ümidsiz gələcəyə doğru

Britaniya Parlamentində “Brexit” anlaşması təsdiqləndi –

Britaniya Parlamentinin Lordlar Palatası Boris Consonun “Brexit” sazişini təsdiqləyib.

Gununsesi.org məlumat verir ki, APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, bununla da qanun layihəsi parlamentdəki bütün mərhələlərdən keçib.

Layihənin sabah Kraliçaya təqdim edilməsi gözlənilir. Kraliçanın da razılığı alındıqdan sonra Britaniya yanvarın 31-də Avropa Birliyini tərk edə biləcək.

“Brexit”dən sonra 2020-ci ilin sonuna qədər davam edəcək bir keçid dövrü başlayacaq. Bu müddət ərzində London və Brüssel bütün sahələrdə gələcək əməkdaşlıq üçün formatlar hazırlamalıdırlar.

Gununsesi.org

COMMENTS