El arasında siyasi söhbətlər olanda, bəziləri belə bir fikir səsləndirir “Bunlar yenə yeyib doyub”.
Gəncədə yeyib doymuş namizəd peyda olub.
Söhbət 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd “Zəfəroğlu İnşaat”ın rəhbəri Zəfər Məmmədovdan gedir.
İzləyəcəyiniz videodan da görəcəksiniz ki, digər namizədlərdən fərqli olaraq Zəfər Məmmədov indidən xalqla arasına mühafizəçi qoyub. Digər namizədlər seçicilərlə yaxın təmasda olur, hətta bəziləri nənələrin əlin öpür. Zəfər Məmmədov isə tam əksinə seçicilərinin arasında mühafizəçiləri ilə gəzir. Seçici sual vermək üçün hətta mühafizəçidən icazə almalı olur. Təsəvvür edin, Zəfər Məmmədov deputat seçilib. Seçiciyə şirinlik etməli bir vaxtda onlarla arasına mühafizəçi qoyan şəxs, deputat olanda yəqin onları tapdalayıb keçər.
Göstərişi sevən namizəd seçiciləri ilə görüşə “Mersedes-Gelandawagen”də gedir. Özünü sadə, xalqdan biri kimi göstərib, səs almalı olan namizəd seçici ilə görüşə “Qalik”də gedirsə, deputat olanda yəqin Gəncədə tankla gəzər.
COMMENTS