Dünya azərbaycanlılarını birləşdirən ideologiya: Tarixi reallıq və davam edən ənənə - AÇIQLAMA

Bu gün dünyanın bir çox ölkələrində siyasi, dini, məzhəb, etnik, mədəni zəmində özünü göstərən münaqişələr nəticəsində daxili sabitliyin pozulduğu, vətəndaş qarşıdurmalarının yaşandığı bir vaxtda Azərbaycan özünün milli birlik modeli ilə daha çox diqqəti cəlb edir. Ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətdaxili və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində məhz milli-mənəvi birlik dayanır.

Gununsesi.info-ya bu barədə danışan Milli Məclisin deputatı Aydın Hüseynov hesab edir ki, Azərbaycançılıq ideyasının təbliği milli birliyin gücləndirilməsinə töhfədir:

“Azərbaycandakı milli birlik mühitinin formalaşması isə cəmiyyətin bütün kəsimlərinin mənafeyini ifadə edən və hər bir Azərbaycan vətəndaşını, azərbaycanlını öz ölkəsi, vətəni ətrafında birləşdirən azərbaycançılıq ideyasının təbliği və real ictimai-siyasi münasibətlər sferasında tətbiqi sayəsində mümkün olub.

Aydın Hüseynov

Azərbaycançılıq ideyasının təbliği ən müxtəlif sferalarda və fasiləsiz olaraq aparılır. Ümummilli lider Heydər Əliyevin təkmil ideologiya şəklinə saldığı azərbaycançılıq konsepsiyasına sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli birlik özünü daha qabarıq formada göstərir.

Cənab Prezidentin fevralın 14-də andiçmə mərasimində  çıxışı zamanı Azərbaycançılıq ideologiyasının təbliğini  yürüdülən  dövlət siyasətinin prioriteti təşkil etdiyini bəyan etdi.

Azərbaycançılıq ideologiyasının təbliği sahəsinə toxunan cənab Prezident bunları qeyd edib:

“Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də, buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik. Biz hamımız şəhidlər vermişik, qan tökmüşük. Erməni işğalçılara qarşı sinəmizi qabağa verib döyüşə getmişik. Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur. Deyə bilərəm ki, bu sahədə çox böyük tarixi nailiyyətlər var, baxmayaraq ki, müxtəlif istiqamətlərdən bu birliyi pozmaq, bizim aramıza girmək, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdləri kifayət qədər çox olub və olacaq. Çünki bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq. Bizim birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur. Bu istiqamətdə bundan sonra da lazımi addımlar atılacaq. Təbii ki, cəmiyyət, vəzifəli şəxslər, dövlət qurumları burada vahid siyasət aparır və bu siyasət gündəlik həyatda özünü göstərir”.

Bünövrəsi Ulu öndər tərəfindən qoyulan bu siyasət bu gün cənab Prezident tərəfindən uğurla davam etdirilir”.

Deputat əlavə edib ki, əldə etdiyimiz uğurların kökündə də cənab Prezidentin  Azərbaycanın gələcək inkişafına hədəflənən genişmiqyaslı siyasəti dayanır: “Azərbaycançılıq ideolgiyasının  istər ölkə daxilində, istərsə də dünya miqyasında  düzgün formada təbliğinin nəticəsi olaraq xalq cənab Prezidentin ətrafında bir yumruq kimi birləşdi. Bu birlik özünü  İkinci Qarabağ müharibəsi və Qarabağda   həyata keçirilən antiterror tədbrilərində zamanı öz töhfəsini verdi. Biz Azərbaycançılıq ideologiyasını təbliğ edib inkişaf etdirməklə birliyimizi, həmrəyliyimizi  qorumaqla qarşıda duran hədəflərimizə çatmalıyıq.

Beləliklə, əminliklə söyləyə bilərik ki, harada olmasından asılı olmayaraq, soydaşlarımız daha böyük həmrəyliyə nail olaraq, yüksək milli şüur səviyyəsi nümayiş etdirirlər. Bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir və bu sərvəti əziz tutur. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gəlmək, Azərbaycanın davamlı inkişafını təmin etmək və daha böyük uğurlar əldə etmək mümkündür”.

“Milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirib. Bu mənada, xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Yalnız özünü milli etnos kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya biliblər”.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşıb və bir əsr ərzində davamlı təkamül yolu keçib. “Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. Ümummilli lider Azərbaycan müstəqillik əldə etdikdən sonra da ideologiyamızın təbliğinə, bütün dünya azərbaycanlılarının birliyinə diqqəti daha da artırmağı bacardı. Günümüzdə öz aktuallığını saxlayan Azərbaycançılıq ideologiyasının yaşaması vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətindən asılıdır”, – o qeyd edib.

Müşfiq Məmmədli

Deputat əlavə edib ki, Ulu öndər Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir: “Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, – deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur”.

Deputat əlavə edib ki, cənab Prezident İlham Əliyevin dövründə bu siyasət daha da inkişaf etdirlərək dünya azərbaycanlılarının bir yumruq kimi azərbaycançılıq ideologiyası ətrafında biləşməsinə nail olunub: “Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan davamlı qələbələrə, zəfərlərə imza ataraq dünyanın güclü, qüdrətli, nüfuzlu və qalib ölkəsinə çevrilib.

Azərbaycançılıq ideologiyası bundan sonra da uğurla inkişaf etdirilərək, dövlət siyasətinin məhvərində olmağa davam edəcək, Azərbaycanda milli birliyin təməlində dayanmaq ən mühüm amillərdən biri olaraq qalacaq.

Cənab Prezident fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı Azərbaycançılıq ideologiyası ilə bağlı yürüdülən siaysət toxunaraq bəyan etdi ki, Azərbaycançılıq  ideolgiyası və prinsipləri Azərbaycanda çoxdan bərqərar olub: “Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir.  Biz də onun davamçıları  olaraq bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik. Biz hamımız şəhidlər vermişik, qan tökmüşük. Erməni işğalçılara qarşı sinəmizi qabağa verib döyüşə getmişik. Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur.

Deyə bilərəm ki, bu sahədə çox böyük tarixi nailiyyətlər var. Bu istiqamətdə bundan sonra da lazımi addımlar atılacaq. Hər bir azərbaycanlı düşüncəsindən asılı olmayaraq Azərbaycançılıq ideolgiyasının təbliği və milli birliyimiz istiqamətində  səylərini əsirgəgməlidir. Müasir dövrdəki qlobal çağırışlardan qorunmağın və inkişafın yolu ancaq Azərbaycançılıq ideologiyasının qorunub inkişaf etdirilməsindən keçir”.

 

Şəbnəm Rəhimova

Gununsesi.info