Beyləqanda əməliyyat keçirildi - Saxlanılanlar var

  • By Mina
  • 09 Aprel 2024 10:00

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nizami Baxışov, Ramiz Əmrahov və Teymur Qasımov saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə onlardan 5 kiloqramdan artıq marixuana aşkarlanıb.

 

Bundan əlavə, keçirilən digər tədbir zamanı qanunsuz olaraq silah-sursat əldə edərək saxlayan rayon sakini Ramiz Cəfərov tutulub. Ondan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq və 29 ədəd patron aşkarlanıb.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info