Fransanın Azərbaycandakı səfiri Zakari Qros 20 Yanvar 1990-ci il faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq Azərbaycan xalqına başsağlığı verib.
Gununsesi.org xəbər verir ki, bununla bağlı Fransanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.
“20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm və xüsusilə əzizlərini, ailə üzvlərini və ya dostlarını itirənlər düşüncələrimizdədir”, – səfir vurğulayıb.
COMMENTS